Ayrılıq текст песни

Xəzan gəldi, köçüb getdi ilkbahar
Bilməm hara uçub getdi durnalar
Mən bilməzdim bu dünyada həsrət də var
Səndən qalan xatirədir ayrılıq

Səni sevdim, düşdüm dərdə, dərdə mən
Mən bilmirəm, dözüm necə dərdə mən
Tək qalmışam – bir ayrılıq, bir də mən
Səndən qalan xatirədir ayrılıq

Hardan gəlib, hara gedir ayrılıq?
Ürəkləri viran edir ayrılıq
Mən bilməzdim axı nədir ayrılıq?!
Səndən qalan xatirədir ayrılıq

Hardan gəlib, hara gedir ayrılıq?
Ürəkləri viran edir ayrılıq
Mən bilməzdim axı nədir ayrılıq?!
Səndən qalan xatirədir ayrılıq

Hardan gəlib, hara gedir ayrılıq?
Ürəkləri viran edir ayrılıq
Mən bilməzdim axı nədir ayrılıq?!
Səndən qalan xatirədir ayrılıq

Hardan gəlib, hara gedir ayrılıq?
Ürəkləri viran edir ayrılıq
Mən bilməzdim axı nədir ayrılıq?!
Səndən qalan xatirədir ayrılıq

Bəlkə bir də yaz olacaq - bilmirəm
Bir ayrılıq az olacaq - bilmirəm
Məndən sənə nə qalacaq - bilmirəm
Səndən qalan xatirədir ayrılıq

Комментарии

Минимальная длина комментария - 50 знаков. комментарии модерируются
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Комментариев еще нет. Вы можете стать первым!